Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, özünü nəzarətdə saxlamaq uşağın tərbiyəsində əsas şərtdir.Nəzarətsizlikdən başqa nəticə gətirmir, yalnız zərər verir.
Siz qəzəbli halda tərbiyə etməyə çalışdığınız zaman istənilən nəticə əldə olunmaya bilər, hətta əks təsir də yarana bilər. Qəzəb içində tərbiyə, əslində tərbiyə sayılmır. İnsan qəzəbli halda tərbiyə vermək istədikdə özünü kontrol edə bilmədiyi üçün hərəkətləri hədd tanımaya bilər və əxlaq həddini poza bilər.
Başqa sözlə desək, qəzəbli halda kimisə tərbiyə etməyə çalışdığımız zaman o, bizimlə müqavimət göstərəcək və bu məhz əxlaq həddinin pozulması deməkdir. Tərbiyənin əsasını təşkil edən iffət və təmkin pozulduqda isə nəticə əks təsir yaradır.
Mənbə: Hacı Ağa Müctəba Tehrani, Tərbiyyəte fərzənd, səh. 116
Rəyiniz